"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Hollandiya "Tvente"sidir.
"Neftçi"nin bəxtinə isə Serbiya "Partizan"ı düşüb.
Komandalarımız bu rəqiblərlə əvvəllər də Avropa Liqasında üz-üzə gəliblər. "Qarabağ" 2009-2010-cu il mövsümündə "Tvente" ilə "pley-off" mərhələsinin oyunlarında səfərdən 1:3 hesablı məğlubiyyətlə ayrıldığı halda, evdə 0:0 hesablı heç-heçə ilə kifayətlənərək, mübarizəni dayandırıb.
"Neftçi" isə 2012-2013-cü il mövsümündə "Partizan"la Avropa Liqasında eyni qrupa düşüb. Belqraddakı qarşılaşmada 0:0, Bakıda isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Püşkə əsasən, hər iki təmsilçimiz "pley-off" mərhələsinin ilk oyunlarını avqustun 21-də Bakıda, cavab görüşlərini isə səfərdə keçirməlidir.
Püşkün nəticələri:
Artıq UEFA komandaları səpələnmişlər və səpələnməmişlərdən ibarət olmaqla, 6 qrupa bölüb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ" 3-cü, "Neftçi" isə 5-ci qrupda səpələnməmişlər sırasına düşüb.
"Qarabağ"a "Dinamo" (Zaqreb, Xorvatiya), "Tvente" (Hollandiya), PAOK (Yunanıstan), "Rapid" (Vyana, Avstriya) və "Trabzonspor" (Türkiyə) komandalarından biri rəqib olacaq.
"Neftçi"nin rəqibləri isə bu klublardan biri olacaq: "Metallist" (Xarkov, Ukrayna), "Partizan" (Serbiya), "Sent-Etyen" (Fransa), "Riu Ave" (Portuqaliya), PSV (Hollandiya).
___________________________________________________________________________________________________________________________________
Bu gün Avropa Liqasında "play-off"
mərhələsinin püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycanı "Qarabağ" və
"Neftçi" klubları təmsil edirlər.
Çempionlar Liqasında Avstriyanın
"Zalsburq" klubuna məğlub olaraq (0:2) mübarizəni
dayandıran"Qarabağ" yoluna Avropa Liqasının "play-off" mərhələsində davam edəcək. Avroliqanın
III təsnifat mərhələsində Gürcüstan "Çixura"sını səfərdə məğlub edən (3:2) "Neftçi" də bu
mərhələyə vəsiqə qazanıb.
Püşkatma
mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd
edək ki, "play-off" mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.
Səpələnmişlər:
Birbaşa mübarizəyə qoşulanlar:"İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Trabzonspor" (Türkiyə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Lokomotiv" (Rusiya), "Rapid" (Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya), "Sent Etyen" (Fransa)
Çempionlar Liqasından gələnlər:"Seltik" (Şotlandiya), "Panatinaykos" (Yunanıstan), "Dnepr" (Ukrayna), "Sparta" (Praqa, Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova), "Partizan" (Serbiya), "Feyenoord" (Hollandiya)
III təsnifat
mərhələsinin qalibləri:"Lion"
(Fransa), PSV (Hollandiya), "Brügge" (Belçika), "Real
Sosyedad" (İspaniya), "Yanq Boys" (İsveçrə), "Hall
Siti" (İngiltərə), "Torino" (İtaliya), "Rio Ave"
(Portuqaliya), "Dinamo" (Moskva, Rusiya)
Səpələnməmişlər:
Birbaşa mübarizəyə qoşulanlar:"Rostov" (Rusiya), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika), "Apollon" (Kipr), "Midtilland" (Danimarka)
Çempionlar Liqasından gələnlər:"Debretsen" (Macarıstan), "Qrasshoppers" (İsveçrə), "Aktobe" (Qazaxıstan), AEL (Kipr),"QARABAĞ" (Azərbaycan), HİK (Finlandiya)
III təsnifat mərhələsinin qalibləri:"Elfsborq" (İsveç), "Omonia" (Kipr), "Hayduk" (Split, Xorvatiya), "Krasnodar" (Rusiya), "Rijeka" (Xorvatiya), "Asteras Tripolis" (Yunanıstan), "Zarya" (Ukrayna),"NEFTÇİ" (Azərbaycan),"Astra" (Rumıniya), "Petrolul" (Rumıniya), "Karabükspor" (Türkiyə), "Dinamo" (Minsk, Belarus), "Rux" (Polşa), "Sarayeva" (Bosniya və Hersoqovina), "Şaxtyor" (Belarus), "Spartak" (Trnava, Slovakiya), RNK (Split, Xorvatiya), "Zimbru" (Moldova), "Astana" (Qazaxıstan), "Styarnan" (İslandiya)