Gənclər və İdman Nazirliyinin 2 sektor müdiri vəzifəsindən azad edilib. Sportnet.az-ın məlumatına görə, bu barədə nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
F.Mansurov bildirib ki, hazırda nazirliyin idman şöbəsi 6 sektordan ibarətdir. Mütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar: "Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq".