Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Azərbaycan təmsilçiləri 1 qızıl, 1 bürünc medal qazanıblar. Avropa çempionu adını 65 kq çəkidəki Teymur Məmmədov qazanıb. Rusiya, Slovakiya, Ukrayna və İsveçrə pəhləvanları üzərində qələbədən sonra Məmmədov finala yüksəlib. Həlledici görüşdə türkiyəli Haydar Yavuz zədəsini səbəb göstərərək, mübarizə aparmaqdan imtina edib. Bu səbəbdən, Azərbaycan təmsilçisi qalib elan olunub.
Bürünc medalı 74 kq çəkidə yer alan İsmayıl Abdullayev əldə edib. İlk iki görüşündə isveçli və litvalı rəqiblərini üstələyən Abdullayev yarımfinalda fransalı pəhləvana yenilib. Lakin 3-cü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçı 12:11 hesabı ilə yenib.
57 kq çəkidə yarışan Pərviz İbrahimov bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzaraq, 5-ci yerlə kifayətlənib. Nəhayət, 97 kq çəkidəki Pərviz Axundov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
57 kq
Bürünc medal uğrunda görüş. Andrey Yatsenko (Ukrayna) - Pərviz İbrahimov
1/2 final. Azamat Tuskaev (Rusiya) - Pərviz İbrahimov - 3:2
1/4 final. Pərviz İbrahimov - Ramaz Turmanidze (Gürcüstan) - 17:7
1/8 final. Razvan Marian Kovacs (Rumıniya) - Pərviz İbrahimov - 0:11
65 kq
Final. Haydar Yavuz (Türkiyə) - Teymur Məmmədov
1/2 final. Marc Dietsche (İsveçrə) - Teymur Məmmədov - 0:10
1/4 final. Oleksii Boruta (Ukrayna) - Teymur Məmmədov - 4:7
1/8 final. Elbrus Çertkoev (Slovakiya) - Teymur Məmmədov - 0:3
1/16 final. Teymur Məmmədov - Imam Aciyev (Rusiya) 2*:2
74 kq
Bürünc medal uğrunda görüş. İsmayıl Abdullayev - Andrey Karpaç (Belarus) - 11:10
1/2 final. İsmayıl Abdullayev - Zelimxan Hacıyev (Fransa) - 0:10
1/4 final. Andrius Mazeika (Litva) - İsmayıl Abdullayev - 8:12
1/8 final. Carl Eric Henrik Martengaard (İsveç) - İsmayıl Abdullayev - 0:13
97 kq
1/8 final. Yunus Emre Dede (Türkiyə) - Pərviz Axundov - 10:0