Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturniri davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün start götürən XI turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Günün ən maraqlı oyununda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.
Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.