Rusiyalı qarışıq üslubda (MMA) döyüşçü Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında UFC-229 turmirindəki görüşün ardından qalmaqal baş verib.
Sportnet.az xəbər verir ki, Nurməhəmmədov dördüncü raundda boğucu fəndlə qələbə qazandıqdan sonra Makqreqorun komandasındakılardan birini barmaqla göstərib və rinqdən tullanaraq, onunla dalaşıb. Onları dərhal ayırsalar da, tezliklə irlandiyalı idmançı ilə polis əməkdaşları arasında kütləvi dava yaşanıb. Bu dava da yatırıldıqdan sonra Makqreqor paltardəyişmə otağına yollanıb. Nurməhəmmədov qalib elan olunsa da, mükafatlandırma mərasimi keçirilməyib. Onu zaldan azarkeşlərin fit sədaları altında çıxarıblar. Dağıstanlı döyüşçünün meneceri Rizvan Maqomedov və komandasının daha bir üzvü isə naməlum səbəbdən həbs olunub.
Qeyd edək ki, Həbib Nurməhəmmədov karyerasının 27-ci döyüşündə elə 27-ci qələbəsini qazanıb. Konor Makqreqor isə 21-ci döyüşündə 4-cü dəfə uduzub.