
ABŞ beysbolçusu Mayk Traut MLB (Baş Beysbol Liqası) klubu "Los-Anceles Encels"lə 430 milyon dollar məbləğində 12 illik müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, bu, idman tarixinə rekord anlaşma kimi düşüb. Traut ildə 36 milyon dollar alacaq. Onun klubla mövcud sözləşməsi 2020-ci ildə başa çatacaqdı. Bunadək rekord digər beysbolçu Zak Qrinkiyə məxsus olub. Qrinki "Arizona Daymondbeks"də 34,4 milyon dollar qazanır.
27 yaşlı Traut "Los-Anceles Encels"də 2011-ci ildən çıxış edir. O, 7 dəfə MLB-nin bütün ulduzlarının matçında iştirak edib, 2 dəfə Liqanın ən yaxşı oyunçusu sayılıb. 2018-ci ilin iyununda "Forbes" jurnalı boksçu Floyd Meyvezeri ən yüksək ödənişli idmançı sayıb. Meyvezer 2017-ci ildə 285 milyon dollar qazanıb. Lionel Messi (111 milyon dollar) ikinci, Kriştianu Ronaldu (108 milyon dollar) üçüncü yeri tutub.