
Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli idmançı Mərakeşdə keçirilən Karate1 Premyer Liqa turnirində fərqlənib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev Rabat şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada fransalı Loqan Da Kostaya 2:0 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, Ümumdünya Karate Federasiyasının Karate1 seriyasından olan yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.