
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa Təsnifat Turnirinin qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Hollandiyanın Apeldorn şəhərində keçirilmiş yarışın finalında Türkiyə və Almaniya milliləri üz-üzə gəlib. Görüş "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:19, 25:22). Bununla da Türkiyə millisi olimpiadaya lisenziya qazanıb.
Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan yığması da çıxış edib. Vasif Talıbovun baş məşqçi olduğu kollektiv qrupdakı hər 3 oyunundan məğlub ayrılaraq, mübarizəni dayandırıb.