"Formula 1"də çıxış edən "Mercedes" komandası Lüis Hemiltonun pirsinqi üzündən 25 000 avro məbləğində cərimələnib.
Sportnet.az-ın məlumatına görə, müvafiq cəza Sinqapur Qran Prisində tətbiq olunub. Stüardlar Hemilton və komanda nümayəndəsini məsələni araşdırmaqdan ötrü çağırıblar. Nümayəndə sürücünün avadanlığının yoxlanılması və bədənində qaydalarla qadağan olunmuş heç bir bəzək əşyasının olmadığına həsr olunmuş formanı düzgün doldurmadığı üçün dəvət edilib.
Stüardlarla ünsiyyət zamanı Hemilton bildirib ki, həkimlər ona burnundakı pirsinqi çıxarmamağı məsləhət görüblər. Komanda həkimin yazdığı müvafiq sənədləri təqdim edib. Yumşaldıcı halları nəzərə alaraq, stüardlar Hemiltonu cəzalandırmamağı qərara alıblar.
Komandaya gəldikdə, "Mercedes" nümayəndəsi pilotun Qran Pridən əvvəl ilk məşqdə pirsinq qoymasından komandanın xəbərsiz olduğunu və bu səbəbdən, sənədi yanlış doldurduğunu açıqlayıb. Stüardlar səhvin bilərəkdən edilmədiyi qənaətinə gələrək, komandanı 25 000 avro cərimələyiblər.
Qeyd edək ki, Sinqapur Qran Prisi oktyabrın 2-də keçiriləcək.