
15 - 19 sentyabr 2027-ci ildə Bakı şəhəri bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə qərar 14-15 mayda Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib.
Yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq.
Qeyd edək ki, Bakıda 2005 və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatı keçirilib.