![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739613695_yannik-siner.jpg)
Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) hazırda dünya reytinqində birinci yerdə qərarlaşan italiyalı tennisçi Yannik Sinneri üç ay müddətinə diskvalifikasiya edib.
Sportnet.az xəbər verir ki, antidopinq qaydalarını pozan idmançının diskvalifikasiya müddəti bu il mayın 4-nə qədər davam edəcək. İdmançının özü də bu cəza ilə razılaşıb. Cəza fevralın 9-dan qüvvəyə minib.
Qeyd edək ki, ötən ilin martında İndian-Uellsdəki "Masters" turnirində dünya reytinqinin liderinin verdiyi dopinq testlərinin nəticəsi müsbət çıxmışdı. Lakin Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) idmançını günahsız hesab etmişdi. Bu səbəbdən WADA oktyabrda ITIA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermişdi.