
Azərbaycan idmançıları III MDB Oyunlarında bu gün 27 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, medallardan 6-sı qızıl, 2-si gümüş, 19-u bürünc əyarlı olub.
Ən yüksək əyarlı medallardan 5-i oğlan boksçuların, 1-i cüdo üzrə qarışıq komandanın payına düşüb.
"Gümüş"lərdən biri kayak, digəri badminton növündə əldə olunub.
"Bürünc"lərdən 9-u boksda, 5-i badmintonda, 3-ü kayakda, 2-si qılıncoynatmada rəsmiləşib.
Beləliklə, Azərbaycan idmançılarının qazandıqları medalların sayı 161-ə çatıb. Hazırda təşkilatçı ölkənin aktivində 29 qızıl, 46 gümüş, 86 bürünc medal var.
Rusiya 194 (105 qızıl, 55 gümüş, 34 bürünc) medalla birinci, Belarus 101 (27 qızıl, 26 gümüş, 48 bürünc) medalla üçüncüdür.