Azərbaycan parabadmintonçuları İbrahim Əliyev, Zəhra Salmanlı və Nərmin İskəndərova 2026-cı il fevralın 7-də Bəhreynin paytaxtı Manamada start götürəcək dünya çempionatında 2 kateqoriyada çıxış edəcək.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmə paralimpiyaçı Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında ilk dəfə dünyanın ən güclü parabadmintonçuları ilə mübarizə aparacaq.
Yarış fevralın 14-dək davam edəcək.
Xatırladaq ki, İbrahim Əliyev ilə Zəhra Salmanlı bu ilin oktyabrında Türkiyədə keçirilən Avropa çempionatında gümüş medallar qazanaraq daha bir ilkə imza atmışdılar.






































































