Azərbaycanı xizək alpinizmi idman növündə təmsil edən Abel İsmixanov və Nurid Şəkərəliyev Türkiyənin Kayseri şəhərində təşkil olunan “Türkiye Open Sprint Cup” yarışında iştirak ediblər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yeniyetmə idmançılar Qış Kubokunu medalla başa vurublar.
Abel İsmixanov qızıl, Nurid Şəkərəliyev isə gümüş medala sahib olublar.
Qeyd edək ki, yarışda 15 idmançı mübarizə aparıb.













































































