"Uilyams" pilotu Felipe Massa mövsümün sonunda karyerasını başa vuracaq.
Sportnet.az-ın məlumatına görə, braziliyalı pilot qərarını Formula 1 üzrə İtaliya Qran Prisindən əvvəl keçirdiyi xüsusi mətbuat konfransında açıqlayıb.
35 yaşlı idmançı karyerası ərzində ona dəstək olan ailəsinə, menecerinə və onunla əməkdaşlıq edən hər kəsə minnətdarlığını bildirib. O, arzu etdiyi hər şeyə nail olduğunu və qazandıqları ilə fəxr etdiyini vurğulayıb.
Qeyd edək ki, Felipe Massa Formula 1-də 11 qələbə əldə edib. Bunların hamısı "Ferrari" pilotu olduğu vaxt baş verib. Massa karyerasına 2002-ci ildə "Zauber"də başlayıb. İndiyədək 242 Qran Pridə iştirak etmiş pilot cari çempionatın sonunadək daha 8 yarışa qatılacaq. İtaliya Qran Prisi həftəsonu keçiriləcək.