1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Hüseynzadə: "Avropa Oyunları yenə havada qala bilərdi"
"Açıq deyirəm: Bizim üçün II Avropa Oyunlarının keçirilməsi çox vacib məsələdir".
Sportnet.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə keçirdiyi mətbuat konfransında bildirib.
İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda təşkil olunduğunu xatırladan MOK rəsmisi Azərbaycan irsinin davam etməsi baxımından növbəti belə Oyunların təşkilinin önəmindən danışıb: "Bu, həddindən artıq vacib məsələ idi. Biz çox maraqlı idik ki, II Avropa Oyunları olsun. Belarus da götürməsəydi, Avropa Oyunlarının müqəddəratı qalırdı yenə havada... Ona görə mən belə bir bəyanat verdim ki, Minsk Avropa Oyunlarını təşkil etsə, Azərbaycan Avropa Gənclərinin Olimpiya Festivalına (EYOF) ev sahibliyi edə bilər. Yəni, biz bu məsələyə baxarıq".
Qeyd edək ki, II Avropa Oyunları Belarusda 2019-cu ildə keçiriləcək. EOC bu barədə qərarı oktyabrın 21-də qəbul edib. Əvəzində Belarus eyni ildə təşkil etməli olduğu EYOF-dan imtina edib. Festivalın yeni məkanı barədə hələlik qərar verilməyib.