1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Triatlonçumuz Dünya Kubokunda "gümüş" qazandı
Azərbaycan yığmasının triatlonçusu Rostislav Pevstov Çinin Çenqduda şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
Azərbaycan Triatlon Federasiyasından Sportnet.az-a verilən məlumata görə, idmançılar əvvəlcə yarımfinal mərhələsində mübarizə aparıblar. Burada 6-cı olan R.Pevtsov finala vəsiqə qazanıb.
Azərbaycan idmançısı finalda 400 metrlik su məsafəsini 4 dəqiqə 57 saniyəyə, 10 km velodistansiyanı isə 13 dəqiqə 39 saniyəyə qət edib. R.Pevtsov yarışın son mərhələsini – 2,5 kilometrlik qaçış zolağını 7 dəqiqə 2 saniyə nəticə ilə başa vurub. O, ümumi hesablamada 26 dəqiqə 48 saniyə nəticə göstərərək ikinci yeri tutub.
Qeyd edək ki, cari mövsümdə Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilmiş Avropa Kubokunun qalibi olub. O, həmçinin Rabat şəhərində təşkil olunan Açıq Afrika Kubokunda qızıl medal qazanıb.