1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AMADA-nın direktoru WADA rəsmiləri ilə görüşdü
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (WADA) Kanadanın Monreal şəhərində keçirilmiş Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarında iştirak edib.
AMADA-dan Sportnet.az-a verilən məlumata görə, Ş.Hüseynli səfər zamanı WADA-nın mənzil-qərargahında olub və bir sıra işgüzar görüşlər keçirib.
Beynəlxalq qurumun Təhsil və maarifləndirmə şöbəsinin müdiri Toni Kanningemlə görüşdə AMADA-nın Azərbaycanda dopinqlə mübarizə istiqamətində keçirdiyi maarifləndirmə tədbirləri və antidopinq sahəsində fəaliyyət göstərən beynəlxalq layihələrdə iştirak perspektivləri müzakirə edilib. Bundan əlavə, Beynəlxalq Federasiyalarla Əlaqələr Departamentinin rəhbəri Qabriel Zangenfayndla AMADA-nın Beynəlxalq İdman Federasiyaları ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək planları haqqında fikir mübadiləsi aparılıb.
WADA-nın direktor müavini, milli və regional antidopinq agentlikləri ilə əlaqələr üzrə məsul şəxs Tom Meylə görüşdə isə Azərbaycanda dopinqlə mübarizənin strateji inkişaf istiqamətləri, həmçinin qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, antidopinq fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın mühüm hadisələrindən sayılan WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin növbəti iclasları bu ilin noyabrında AMADA-nın təşkilatçılığı ilə Bakıda keçiriləcək.