
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) səlahiyyətləri artırılır.
Sportnet.az "Report"a istinadən xəbər ver, bununla bağlı "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə olunur.
Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, AMADA-ya idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.