"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet satışları davam edir. Ən çox bileti Rusiya, İngiltərə, Monako, Hollandiya və Türkiyə vətəndaşları alıb".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, yarışların keçirilməsində heç bir məhdudiyyət yoxdur: "Demək olar ki, "Formula 1"ə 99 faiz hazırıq. Heç bir problem və ləngimələr yoxdur. Azərbaycan Qran-prisi əvvəlki 3 ildə hansı səviyyədə keçirilirdisə, bu il də hazırlıq eyni səviyyədə davam edir. Çox istərdik ki, 2017-ci ildəki kimi bu il də maraqlı alınsın".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.