Hesablama Palatası 2018-ci ildə keçirilmiş “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar müəyyən edilmiş nöqsanlar və nöqsan istiqamətinin xüsusi çəkisi əks olunan məlumatı açıqlayıb.
Sportnet.az xəbər verir ki, hesabatda yarış zamanı büdcə qanunvericiliyinin pozulması 7 dəfə baş verdiyi bildirilir. Bundan başqa, əsaslı qoyuluşlar üzrə nöqsanlara 4 dəfə rast gəlinib. Dövlət satınalmaları ilə bağlı nöqsanlara gəlincə, bu hala 3 dəfə, vergi və gömrük qanunvericiliyinin pozulması halına isə 4 dəfə rast gəlinib. Həmçinin mühasibat uçotu və hesabatlılıq ilə bağlı 6 nöqsan aşkar edilib. Ümumilikdə ötən il ərzində “Formula-1” yarışı ilə bağlı 24 qanun pozuntusu və nöqsan aşkar edilib.
Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran-prisi 27 - 29 apreldə keçirilib ("Report").