
"Mercedes" pilotu Valtteri Bottas müasir "Formula 1"də özünü ən yaxşı yürüş iştirakçısı adlandırıb.
Sportnet.az-ın məlumatına görə, finlandiyalı idmançı "Carfection"a müsahibəsində özünə inandığını bildirib. O, titul qazanaraq, cari mövsümün ən güclüsü olmaq istəyini bəyan edib. Bottas 2019-cu ilin ən yaxşı 3 pilotu sırasında özünü də gördüyünü vurğulayıb: "Mən özümü birinci yerə qoyuram. İkinci yerdə Lüis Hemiltondur. Üçüncünü seçmək çətindir. Qoy, Şarl Lekler olsun".
Qeyd edək ki, Valtteri Bottas bu mövsüm dünya çempionatında ilk 3 mərhələdən sonra ikinci yerdə gedir. O, komanda yoldaşı Lüis Hemiltona 6 xal uduzur. Bottasın hesabında Avstraliya Qran-prisində qələbə, Bəhreyn və Çində isə ikinciliklər var. Növbəti Qran-pri 26 - 28 apreldə Bakıda olacaq.