"Formula 1" üzrə Almaniya Qran-prisi zamanı Hokkenhaymrinq trasının 16-cı döngəsində bolidlərin yoldan kənara çıxmalarını əks etdirən görüntülər yayılıb.
Sportnet.az xəbər verir ki, məhz həmin döngədə Şarl Lekler və Niko Hülkenberq çıxışını başa vurub, Kiçik Karlos Sayns, Kimi Raykonnen və Lüis Hemilton isə maşınlarını əziblər.
Yarışdan sonra pilotlar son dövrənin təhlükəsizlik zonasındakı örtükdən şikayətləniblər. Ora sprinterlər üçün tras sayılır.
Qeyd edək ki, Almaniya Qran-prisini "Red Bull" pilotu Maks Ferstappen qazanıb. Onunla birgə podiuma "Ferrari" pilotu Sebastyan Fettel və "Toro Rosso"dan Daniil Kvyat çıxıb.