ABŞ-da keçirilən "National Hot Rod Association" motosiklet yarışında təhlükəli qəza baş verib.
Sportnet.az xəbər verir ki, təsnifat yürüşü zamanı Bo Leyn motosikletini 340 km/s sürətlə sürərkən anidən idarəetməni itirib. Dərhal xəstəxanaya çatdırılan motosikletçi şəxsi Instagram səhifəsində ona olan dəstəyə görə təşəkkür edib və sağlamlığına ciddi zərər dəymədiyini yazıb.
Sportnet.az qəzanın videogörüntüsünü təqdim edir...