
"Formula 1" pilotu Pyer Qasli hazırda çətin günlərini yaşayır.
Sportnet.az-ın Autocity.az-a istinadən məlumatına görə, fransalı sürücü "Red Bull"un heyətində zəif çıxış etməsi səbəbindən "Toro Rosso"ya keçirilib və onu Aleksander Albon əvəzləyib. Belə bir vəziyyətdə Qaslini sevgilisi Katerina Mazetti Zannini dəstəkləyir. Cannini aerokosmik mühəndis kimi çalışır. Cütlük 2018-ci ilin əvvəlində - fransalı pilotun "Formula 1"də debütü ərəfəsində bir-birini tapıb.
Qaslinin rəfiqəsi yarışlarda tez-tez iştirak etmir. Amma o, sevgilisinə Qran-prilərdən əvvəl uğurlar arzulamağı unutmur. Cütlük son olaraq, Kann festivalına birgə qatılıb.