"Formula 1" şirkətinin kommersiya direktoru Şon Bratçes vəzifəsindən istefa verib.
Sportnet.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, amerikalı mütəxəssis şirkəti yanvarın sonunda rəsmən tərk edəcək. "Şon 3 illik fəaliyyətindən sonra ABŞ-a, ailəsinin yanına qayıtmağa və həyatında yeni səhifə açmağa qərar verdi" - deyə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bratçes özü isə vəzifəsindən ayrılması ilə bunları bildirib: "Formula-1"dəki işim inanılmaz bir səyahət idi və bundan tam məmnun qaldım. Komandaya bütün səylərinə və fədakarlığına görə şəxsən təşəkkür etmək istəyirəm. "Formula-1" şirkətini 2017-ci illə müqayisədə indi daha yaxşı vəziyyətdə qoyub getdiyim üçün özümlə fəxr edirəm".
Qeyd edək ki, Şon Bratçes "Formula-1" şirkətində kommersiya direktoru vəzifəsinə 2017-ci ildə təyin olunub.