
Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportnet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6 464 koronavirus testi aparılıb.