"Super Smash Bros. Ultimate"nin oyunçusu Troy Puppeh Uells şərhçi Sinnamon Sinnpi Dansonu ona seksual zorakılıqda ittiham edib.
Sportnet.az xəbər verir ki, kiberidmançı şərhçinin onu seksə məcbur etdiyini bildirib. Həmin vaxt Uellsin 14, Dansonun 26 yaşı olub.
Kiberidmançı əvvəlcə dost olduğu şərhçi ilə sonradan münasibətlərinin başladığını və turnirlərdən birinin ardından şərhçi ilə ilk cinsi əlaqəsinin gerçəkləşdiyini söyləyib. Uells həmin vaxt Dansonun sərxoş olduğunu bildirib.
Sonradan cütlük sekslə müntəzəm məşğul olub. Lakin indi Danson kiberidmançıdan aralarındakı yazışmanı silməyi tələb edir.
Şərhçi bu ittihamları hələ cavablandırmayıb.