Bu gün Beynəlxalq idman jurnalistləri günüdür.
Sportnet.az xəbər verir ki, 1995-ci ildən başlayaraq 2 iyul bayram kimi Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə hər il qeyd edilir.
1924-cü ilİn bu günündə Fransanın paytaxtı Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.
150-dən artıq ölkənin milli təşkilatı bu qurumun üzvüdür. İdman mediasının peşə bayramı 1995-ci ildən AIPS-in təşəbbüsü ilə keçirilir.
2020-ci ilin yanvarın 10-da Azərbaycan İdman Jurnalistləri Federasiyası təsis olunaraq təqdimatı olub. Qurumun prezidenti "İdman" qəzetinin baş redatoru Qabil Mehdiyevdir.