
Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sportnet.az xəbər verir ki, təltif edilənlər arasında idman jurnalistlərimiz də var.
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvü, "Report" İnformasiya Agentliyinin İdman departamentinin redaktoru və Sportnet.az saytının baş redaktoru Elşən Məmmədov, Xəzər TV-nin əməkdaşı Sənan Abdullayev, Atv.az saytının redaktoru Vüqar Vüqarlı (Haqverdiyev) “Tərəqqi” medalı ilə təltif edilib, “525-ci qəzet”in əməkdaşı Aydın Bağırov isə “Əməkdar Jurnalist” fəxri adına layiq görülüblər.