
Bu gün İtaliyadakı Skarperiya-e-San Pyero kommunasının stasionar "Mucello" trasında Formula 1" üzrə Toskana Qran-prisi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu, dünya çempionatının sayca 9-cu mərhələsi olacaq. 8 mərhələdən sonra ümumi hesabda "Mercedes"in britaniyalı sürücüsü Lüis Hemilton liderdir.
Hemilton təsnifat mərhələsinin birinci pillədə başa vuraraq, mövsümdə 7-ci, karyerasında 95-ci poulu qazanıb. Onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas isə ikinci yeri tutub. Hər iki pilot start düzülüşündə ön cərgədə yer alacaq.
Qran-priyə Bakı vaxtı ilə saat 17:10-da start veriləcək.