
Sabiq "Formula-1" pilotu Frank Montanyi dopinq-testinin müsbət nəticə verməsi üzündən karyerasını bitirə bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə Montanyinin özü açıqlama verib.
Keçmiş pilotun orqanizmində kokain izləri aşkarlanıb. Fransalı idmançı göstərilən preparatlardan istifadə faktını təkzib etməyib və karyerasının sona çatmasından ehtiyatlandığını bildirib: "Yəqin ki, avtomobil idmanı mənim üçün başa çatdı. Dərhal bunu anladım. Axmaq səhvə yol vermişəm. Özüm günahkaram".
Qeyd edək ki, 36 yaşlı Frank Montanyi 2006-cı ildə "Super Aquri" komandasının heyətində "Formula-1"in 7 mərhələsində yarışıb.