
Tovuz rayonunda intihar hadisəsi baş verib.
Sportnet.az-ın məlumatına görə, Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev özünü asıb. Hadisənin səbəbi məlum deyil.
Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır ("Report").