İsveçrənin Sankt Morits şəhərində qarüstü polo üzrə 37-ci Dünya Kubokunda Azərbaycanın "Land of Fire" komandası birinci yeri tutub.
Təşkilatçı Azərbaycan Respublikası Atçılıq Federasiyasından Sportnet.az-a verilən məlumata görə, finalda rəqib Fransanın “Klinik La Preri” komandası olub.
6:2 hesabı ilə qalib gələn Azərbaycan komandası ilk dəfə Dünya Kubokunu qazanıb..