"Futbolda olduğu kimi, etnosporta marağın artması üçün infrastruktur layihələrinin olması vacibdir".
Sportnet.az-ın məlumatına görə, bunu Qambiyanın gənclər və idman naziri Bakari Badji Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında deyib.
Funksioner etnoidman növlərini inkşaf etdirmək üçün beynəlxalq dəstəyin vacibliyini ön plana çəkib: "Qambiyada güləş çox populyardır. Əhali futbola böyük rəğbət bəsləyir. Bizim ölkədə 2-ci ən böyük idman növü güləş hesab edilir. Ənənəvi idman növlərinə də böyük diqqət var. Bu sahəni daha yaxşı inkişaf edəcəyik".