13 Mart tarixində Qeyd İctimai Birliyinin ZOOM platforması üzərindən "Kitabı sevib, sevdirək" layihəsi çərçivəsində növbəti görüşü keçirilib.
Görüş "QEYD" İctimai Birliyinin icraçı direktoru Elnurə Cəfərzadənin iştirakçıları salamlayıb layihənin qonağının təqdimatı ilə başlayıb.
Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olub. Baba bəy kitabın insan ömründə əhəmiyyətli rolundan, gənclərin inkişafı üçün xüsusi önəmindən danışıb və son zamanlar cəmiyyətimizdə kitaba olan xüsusi sevginin artmasını da qeyd edib.
Qonaq iştirakçıları maraqlandıran sualları cavablandırıb. Sonda maraqlı görüşün təşkili üçün Baba bəy təşkilatçılara təşəkkürünü bildirdi. Gənclər də müzakirə və səmimi formatda olan yeni bir layihədə iştirak etdiklərinə görə məmnunluqlarını ifadə etdilər.