Bakı Su İdmanı Sarayında "Triterra" klubunun təşkilatçılığı ilə Azərbaycan Triatlon Federasiyasının növbəti akvatlon yarışı baş tutub.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 45 idmançının iştirak etdiyi yarış "Absolute" və müxtəlif yaş kateqoriyalarından ibarət olub.
İlk gündə 1 500 metr məsafədə üzgüçülük mərhələsi yer alıb. İkinci gün isə 10 km məsafə üzrə qaçış yarışına həsr olunub. "Absolute" kateqoriyasının kişilər arasında qalibləri müvafiq olaraq Togrul Məmmədli, Kam Bular və Vitali Yakovlev olublar.
Qadınlarda birinci yerə Fatimə Əlkərəmova, ikinci yerə Nataliya Mordasova, üçüncü yerə isə Adilə Süleymanova yiyələnib.
Komandalar arasında isə "Triterra" 1-ci, "Alphatriclub" 2-ci, "TriStar" 3-cü yeri tutub.