Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “World Boccia İntercontinental Challenger” turnirinin qrup oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, ölkəmizi təmsil edən BC2 kateqoriyalı idmançı Orxan Kərimov fransalı rəqibini 9:4 hesabı ilə məğlub edib. Daha sonra BC4 kateqoriyalı idmançılar arasında ölkəmizi təmsil edən Xəyal İslamov ukraynalı və finlandiyalı rəqiblərinə 9:0 hesabı ilə qalib gəlib.
Qızların BC1 kateqoriyası üzrə yarışında təmsilçimiz Röya Şəfəqqətzadə ilk beynəlxalq yarışında xorvatiyalı rəqibinə məğlub olub.