Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib.
Sportnet.az-ınməlumatına görə, hazırda davam edən ikinci sərbəst yürüş zamanı "Red Bull” komandasının pilotu Maks Ferstappen idarəetməni itirərək, bolidini səddə vurub.
Nəticədə pilot əzilmiş maşınını tərk edib və yarışı davam etdirə bilməyib. Onun bolidi kran vasitəsi ilə ərazidən götürülüb. Bu hadisə sessiyanın başa çatmasına 35saniyə qalmış baş versə də, bu, hollandiyalı pilotun ən yaxşı göstəriciyə nail olmasınaəngəl törətməyib (1:43.362)
Qeyd edək ki, daha əvvəl "Renault"un pilotu Colion Palmerin və "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb.