Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu - üçüncü sərbəst yürüşünə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, "Mercedes”in pilotu Valterri Bottas ən yaxşı nəticəni göstərib – 1:42.742. Sıralamada Kimi Raykkonen (Ferrari, 1:42.837) ikinci, Luis Hemilton (Mercedes, 1:43.158)isə üçüncü yeri tutub.
Bolidi yanan "Renault"un pilotu Colion Palmer və maşınının mühərriki dayanan "Red Bull” komandasının pilotu Maks Ferstappen yürüşü yarımçıq dayandırıblar
Qeyd edək ki, ilk iki sərbəst yürüşdə ən yaxşı nəticəni Maks Ferstappen göstərib.
İyunun 25-də keçiriləcək Qran Pirinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.