
"Bakı hər zaman xoşuma gəlib. Orada çətin döngələr və əlverişli ötmə imkanlarına malik yaxşı tras var".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpine" komandasının pilotu Fernando Alonso "Marca"ya açıqlamasında Azərbaycan Qran-prisi barədə danışarkən deyib.
40 yaşlı sürücünun fikrincə bu Bakı trasında gözlənilməyən hər şey baş verə bilər: "Azərbaycanda əlverişli küçə trası tapmaq çətindir".
İkiqat dünya çempionu Monako və İspaniya Qran-prilərində xal toplaya bilməyib. Lakin o, iki illik aradan sonra "Formula 1"ə böyük üdmidlərlə qayıtdığını bildirib: "Hər Qran-priyə böyük əminliklə çıxıram. Daim öyrənir və bolidimi mükəmməlləşdirirəm".
Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək.