
Azərbaycanın çimərlik voleybolu üzrə qadınlardan ibarət cütlüyü Gürcüstanın Batumi şəhərində keçirilən açıq turnirin qalibi olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışda Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanın 8 komandası mübarizə aparıb.
Kəmalə Əsgərova və Viktoriya Ağakişiyeva bütün rəqiblərini məğlub edərək, kuboka və qızıl medallara sahib olublar.







































































