Azərbaycan milli komandasının və "Lokomotiv" klubunun voleybolçusu Ayşən Abduləzimova Bakının Binəqədi qəsəbəsindəki yaşayış binasında baş vermiş yanğın hadisəsindən danışarkən kövrəlib. Sportnet.az-ın məlumatına görə, 22 yaşlı idmançı faciə qurbanlarının əzizlərinə başsağlığı verərkən, qəhərə boğulub.
Çətinliklə danışan Abduləzimova fikirlərini çətinliklə ifadə edə bilib: "Allah rəhmət eləsin! Bilmirəm, ailələrinə nə deyim... Allah səbr versin. Doğurdan da çox pis hadisədir. Bir yanan binanın qarşısında olduq, gül düzdük. Bir az qaldıq, çox pis olduq. Oradan göz yaşları ilə ayrıldıq".
Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb.