Azərbaycanın karate komandası fevralın 14-16-da Kiprin Larnaka şəhərində keçiriləcək A Seriyası turnirində çıxış edəcək.
Sportnet.az xəbər verir ki, yarışda 6 idmançımız mübarizə aparacaq.
Fərid Savadov (60 kq), Rəşid Süleymanov (75 kq), Adil Quliyev (84 kq), Asiman Qurbanlı (+84 kq), Suada Kərimova (55 kq) və Renata Ərəbli (61 kq) Larnakaya yollanacaqlar.
Turnirdə 70-dən çox ölkədən 1000-dən çox karateçi iştirak edəcək.