
Amerikalı boksçu, “WBA-super” versiyası üzrə yüngül çəkidə hazırkı dünya çempionu Cervonta Devis karyerasını bitirmək fikrindən daşınıb.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı boksçu Lamont Rouç Juniorla martda keçiriləcək döyüşə həsr edilmiş mətbuat konfransında karyerasını bitirmək niyyətində olduğunu bildirmişdi.
Lakin fikrini dəyişən idmançı "A Safe Place Podcast"a açıqlamasında karyerasına, sadəcə, müəyyən fasilə vermək qərarına gəldiyini söyləyib. O, həyatını qaydaya salmağı düşündüyünü və tezliklə məktəbə gedəcək uşaqları ilə vaxt keçirmək istədiyini bildirib.