
Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət milli komandası Çexiyanın Teplitse şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışını başa vurublar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan hazırlıq prosesi aprelin 7-dən 9-dək davam edib.
Təlim-məşq toplanışında yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.
Toplanış Gürcüstanın paytaxtı Tbilisidə və Qubada keçiriləcək yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyıb.