
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) sabiq prezidenti Yaşar Məmmədovun səhhətində problem yaranıb.
Yaxınlarının sportnet.az-a verdiyi məlumata görə, veteran idmançı bir müddət əvvəl insult keçirib.
Hazırda o, Bakının Bilgəh qəsəbəsindəki bağ evində müalicə olunur.
Qeyd edək ki, avqustun 2-də 90 yaşı tamamlanacaq Yaşar Məmmədov idmançı kimi qılıncoynatma üzrə 16 qat Azərbaycan çempionu olub, uzun müddət milli komandanın baş məşqçisi, AQF prezidenti və vitse-prezidenti vəzifələrində çalışıb, hazırda isə federasiya prezidentinin müşaviridir.
aşar Məmmədovun oğlu İlqar Məmmədov qılıncoynatmanın komanda rapira növündə 1988-ci il Seul və 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarının qalibi, 1989-cu ilin dünya çempionu olub. O, azərbaycanlı idmançılar arasında yeganə ikiqat olimpiya çempionudur. Hazırda İ.Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının prezidentidir.