
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışı keçəcək.
Sportnet.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Hazırlıqda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Zəlimxan Süleymanov, Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər üçü 60 kq), Zaur Qəhrəmanov, Malik Həsənov (hər ikisi 65 kq), Nəbi İsgəndərov (70 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+90 kq) iştirak edəcəklər.
Milli iyunun 28-də yekunlaşacaq toplanışda ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək. Hazırlığın yekununda Zaur Qəhrəmanov, Məhəmmədəli Aşurəliyev və Zəlimxan Süleymanov Bakıya dönəcək, digər boksçular Qazaxıstanda keçiriləcək Dünya kubokuna qatılacaq. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək.
Dünya kubokunda, həmçinin qadın boksçulardan Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq) və Aynur Mikayılova (57 kq) mübarizə aparacaq.
Qeyd edək ki, bu gün Astanaya yollanacaq kişi boksçularımız iyulun 8-də Bakıya qayıdacaqlar. Qadınlardan ibarət millimiz isə Türkiyənin Kastamonu şəhərində hazırlıq keçir.