
Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə
Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə
66 kq, 1/16 final
Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)