
Güləşçilərimiz Dünya Kuboku yarışlarında ilk dəfə bürünc medala sahib olublar. Pəhləvanlarımız Cənubi Koreya, Ermənistan, İran və Finlandiya ilə eyni qrupda mübarizə aparıb. Komandamız ilk görüşdə yerli İran güləşçilərinə məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya (5:3) və Finlandiya (5:3) yığmasını məğlub edib. Nəticədə yığmamız qrupda 2-ci yerdə qərarlaşıb və bürünc medal şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 üstələyən yığmamız yarışları 3-cü sırada tamamlayaraq, Dünya Kubokunun bürünc medalına sahib olub.